2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:
“Digər tərəfdən, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında imzalanan Memorandum əsasında Qarabağ bölgəsində atəşkəsə nəzarət və anlaşma şərtlərinin pozulmasının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına yönəlik Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır".
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.
Bu gündən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətili başlayır.
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.